Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.
"Report” xəbər verir ki, idmançıları daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.
Qeyd edək ki, ABŞ-nin "İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.
Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.
Biletləri "iTicket.az” saytı və satış məntəqələrindən əldə etmək olar. Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.








Şərhlər
Messi bu halda bizim nəyimizə yaraşır. Pis gündəyik. İş tapmırıq çörək pulu tapmırıq. Məni şəxsən əsəb xəstəliyi öldürür. Ürəyim ağrıyır. Qulaqlarımda səs küy. Panika atak məh edir məni və hamını. Messi ancaq Talançılara lazımdır.