Menu

“Biz bu işdə iştirak etmirik” – Tramp Suriya barədə danışıb

11.12.2024, 13:12
“Biz bu işdə iştirak etmirik” – Tramp Suriya barədə danışıb

Suriyalılar Qərbin, xüsusən də ABŞ və Fransanın köməyi olmadan təkbaşına vəziyyətin öhdəsindən gəlməli olacaqlar.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp Fransanın “Paris Match” jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, onun administrasiyası bu böhrana müdaxilə etmək fikrində deyil: “Dünyada çoxlu böhranlar var. Bir neçə gün əvvəl yenisi başladı - Suriyada. Onlar tamamilə təkbaşına vəziyyətin öhdəsindən gəlməli olacaqlar, çünki biz (ABŞ) və Fransa bu işdə iştirak etmirik”.

Onu da qeyd edək ki, İranın Ali dini lideri Əli Xamenei Suriyada baş verənlərə görə ABŞ-ni və İsraili ittiham edib.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-12-11 18:13:47

B.Əsəd özü, Kremlin 1986cı ildən davam etdirdiyi sosial-iqtisadi demontajın naməlum özəl şərtlərinin onun ölkəsinin məhvini (ya satılmasını) hisslə tərk etməyibmi? Dünyəvi güclü ABŞ lideri (bəzi *kiçiklər*dən fərqli) deyirsə ki, bizim səlahiyyətimiz öz sərhəddimiz daaxilindədir və o işdə iştirak etmirik!*, B.Əsəd neyləsin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol