Menu

“XƏBƏRDAR ETMİŞDİK” – Xamenei də Əsədi qınayır

11.12.2024, 20:20
“XƏBƏRDAR ETMİŞDİK” – Xamenei də Əsədi qınayır

İran kəşfiyyatı Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hökumətinə üç ay ərzində təhdidlər barədə xəbərdarlıq etsə də, buna məhəl qoyulmayıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei xalqa müraciəti zamanı deyib: “Bizim kəşfiyyatımız bir neçə ay əvvəl (Əsəd hökumətinin süqutunu nəzərdə tutur-red.) Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm, onlar dəqiq yüksək vəzifəli məmurlara çatıb, ya yox. Amma bizim kəşfiyyatçılarımız Şəhrivar, Mehr, Abanda (İran təqviminin üç ayı - bu müddət 23 avqust - 21 noyabra uyğundur) davamlı olaraq mesajların ötürüldüyünü bildiriblər”.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-12-15 14:40:26

İranın Ali lideri də, özgüvənli bir sıra, xüsusən islam dövlətləri kimi yaxın qonşu, özünə-doğma ölkələrlə hərbi-siyasi rəqib-dövlətlərlə qarışıq salırmış? Ağır-qiymətli İl-76 yük təyyarəsinin qaçırılma istiqaməti ilə B.Əsədin vətəni Suriyadan çox hansı mərkəzə xidmət etdiyini təsdiqlədi!? O, son 10 ildə istefa üçün ölkəni müvəqqəti hökümət təhvil verə bilərdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol