Menu

"Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək" - Nazir

12.12.2024, 12:05
"Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək" - Nazir

Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.

APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Media nümayəndələri burdadır deyə fürsətdən istifadə edib bir çağırış etmək istəyirəm. Gəlin, öz xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirək. Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq”, - nazir qeyd edib.

Teymur Musayev bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Mədəniyyət Nazirliyindən dəstək görəcəyinə ümid etdiyini vurğulayıb.

“Yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur.

Maarifləndirmə uşaq yaşından başlayır. Oyuncaqlardan başlamaq lazımdır. Tələb təklif doğurur, tələbi elə formalaşdırmalıyıq ki, insan öz xarici görünüşünü problem edib zərərli əməliyyatlara üz tutmasın”.

Şərhlər

Baba 2024-12-12 14:47:39

Cibi boş qarnı ac nə gözəllik ay nə bilim kim?. Toxun acdan xəbəri yoxdur. Talançılar oturublar milyardların üstündə gözəllikdən danışırlar. Millət xalq heç veclərinə də deyil

Nazirə 2024-12-12 12:53:47

Ay nazir,ac qarına gözəlik yada düşməz! Millət yaşam çətinliy çəkdiyi.kasıblaşmaya doğru siyasət aparılanda (bahalaşdırmalar fonunda ) hansı gözəllikdən danışırsınız?Sadə Azərbaycan türklərinə hakimiyyətin təyin etdiyi. verilən maaşlara.müavinətlərə.pensiyalara diqqət edin.bu qədər neftiŞqazı,qızılı,pambığı və digər zəngin nemətləri olan ölkənin vətəndaşlarının ağlamalı vəziyyəti nə qədər avam edəcək?.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol