Menu

Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

12.12.2024, 12:28
Azərbaycan əhalisinin yanacaq xərcləri 7 %-ə yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 120,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 % çoxdur.

Ötən dövr ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,8 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq, o cümlədən 29 milyard 534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24 milyard 332,9 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 6,1 % artıb.

Şərhlər

Vətəndaş 2024-12-12 13:00:14

Nefti,qazı,su ,günəş elektrik stansiyaları bol olan ölkədə niyə və nə məqsədlə əhalinin enerji xərcləri artmalıdır? Bu hakimiyyətin xaıqa zülmü deyilmi?Axı bu enerji xaridən alınmır.gömrük görmür.nəqliyyat xərci yox! Bunun nə emək olduğun kim açıqlayar?Niyə aydın gstərilmir ki.bir vahid enerji Azərbaycana həqiqətən neçəyə başa gəlir Neftdən alınan yanacaqların Azərbaycandakı qiyməti dünyanın bütün neft ölkələrindən dəflərlə baha xalqa satılır.Niyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol