Menu

2025-ci ildə Ukrayna üçün Lendliz olmayacaq - ABŞ-nin yeni hərbi büdcəsi Kiyevi narahat edir

12.12.2024, 12:40
2025-ci ildə Ukrayna üçün Lendliz olmayacaq - ABŞ-nin yeni hərbi büdcəsi Kiyevi narahat edir

ABŞ Konqresinin Nümayəndələr Palatasının təsdiq etdiyi 2025-ci il üçün müdafiə büdcəsində Ukraynanın Lendliz imkanları ilə bağlı müddəa yoxdur.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib.

Səfir qeyd edib ki, bu il sənəddə Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsü üçün də vəsait nəzərdə tutulmayıb, çünki onun 2025-ci il üçün maliyyələşdirilməsi keçən ilki qanunda 300 milyon dollar məbləğində nəzərdə tutulub.

Həmçinin, səfir bildirib ki, qəbul edilmiş variantda Kiyev Ukrayna üçün Lendlizin yer alacağını gözləyirdi. Lakin gözləntilər özünü doğrultmadı və əlbəttə ki, bu məqam Kiyevi narahart etməyə bilməz.

Xatırladaq ki, Bayden administrasiyası səlahiyyət müddəti başa çatana qədər Konqresin razılaşdırdığı 61 milyard dollarlıq bütün yardımı Ukraynaya çatdırmağı planlaşdırır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol