Menu

Kerri ilə Lavrov görüşəcək

13.12.2014, 08:55
Kerri ilə Lavrov görüşəcək

Dekabrın 15-də Romada ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olacaq.

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Mari Harf bildirib.

Onun sözlərinə görə, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdəki vəziyyəti və İsrail-Fələstin münaqişəsinə dair BMT-nin son təşəbbüslərini müzakirə edəcəklər. Gündəmdə həmçinin Ukrayna böhranı və Suriya məsələsi də olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol