Menu

İŞ ADAMININ OĞLUNUN HƏBSİNİN ŞOK DETALLARI – “Belə bir dağıdıcı fəaliyyətlə məşğul olması höküməti də qəzəbləndirib...”

14.12.2024, 12:55
İŞ ADAMININ OĞLUNUN HƏBSİNİN ŞOK DETALLARI – “Belə bir dağıdıcı fəaliyyətlə məşğul olması höküməti də qəzəbləndirib...”

“Qafar Dəmirçinin idarə etdiyi, atasının sahib olduğu “Monte Ferro” şirkəti 2019-2021 ci illərdə Şəkidə və Qaxda toplam 3 min hektara yaxın meşə fondundan torpaq icarəyə götürüb məhv etmişdi. Bu ərazinin 2 min hektarından çoxu sıx və seyrək meşəlik ərazilər idi”.

“AzPolitika” xəbər verir ki, bunu eko-aktivist Cavid Qara sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, Dəmirçilər Şəkinin Layısqı kəndi yaxınlığında 850 hektarlıq ərazini də məhv ediblər: “Amma çatdırıb əkə bilmədiklərinə görə son 3-4 ildə təbii bərpa getmişdi." 

ETSN bu yay əraziyə baxış keçirib təbii bərpa gedən ərazilərin yenidən məhv edilməsinin qarşısını almaq üçün meşə fonduna qaytarılmasını tələb edib.

Eko-aktivistin sözlərinə görə, Qafar Dəmirçi isə dövlət orqanını fakt qarşısında qoymaq üçün geri qaytarılması tələb edilən ərazini yenidən kürüməyə başlayıb: “Ərazi böyük olduğundan buna aylarla vaxt lazımdır. COP29 beynəlxalq iqlim konfransının başlamasına bir neçə gün qalmışa qədər bu proses davam edirdi. Biz ən son peyk görüntüləri ilə davam edən kürünmə prosesini ictimailəşdirdik və işin dərhal dayandırılması üçün hüquq mühafizə orqanlarına açıq müraciət etdik. Gün ərzində proses dayandı. Yoxlamalar başladı, bu da nəticəsi”.

C.Qara vurğulayır ki, Dəmirçilərin sırf dövlət orqanını fakt qarşısında qoymaq taktikası və COP ərəfəsində belə bir dağıdıcı fəaliyyətlə məşğul olması höküməti də qəzəbləndirib.

Onun sözlərinə görə, 8 milyon böyük rəqəmdir, amma o belə dəymiş ziyanın qarşısında heç nədir: “Mən hesablasam, 100 milyon çıxar... 7 min manatdan artıq ziyan dəyəndə külli miqdar sayılır. 8 milyon ondan min dəfə çoxdur. Bu bəndlərin cəza sanksiyasının maksimum həddi 5 ilə qədər həbsdir. 2 ildən 5 ilə qədər həbs çərçivəsində istənilən cəza adekvat cəzadır”.

Eko-aktivist qeyd edir ki, bu hadisə yeganə olay deyil: “Bu il Qusarda da meşəni məhv edib ev tikintisi üçün satmış Qusar şəhərinin bədəliyyə sədri həbs edildi. İcra başçısı işdən çıxarıldı...Meşə cinayətlərinə yenidən cəhd edənlər ağıllanmasa, belə həbslərin yenə olacağını gözləmək olar”.

Xatırladaq ki, Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğludur. “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Coci 2024-12-16 15:12:26

Aydin ezizov aydin ezizi inside demirci zaqatala salini cahangir haciyev sponsor eldar mahmudov sponsor ehmed ehmedzade sponsor Kim balta kesecek

Cavan 2024-12-16 08:36:51

Meşənin qırılmasına,faunanın və heyvanlar aləminin məhv edilməsinə icazə verənlər araşdırılaraq tapılmalıdır.Dağlarla kəndlərin arasındakı meşə zolağı tamamilə məhv edilib,təbiətə 8 milyon deyil 100 milyonlarla ziyan vurulub.

Cavan 2024-12-15 18:05:51

Böyük meşə zolağı məhv edilib .Şəki və Qax rayonları arasında meşə qalmayıb.Sel gəlsə bütün kəndlər suyun altında qalacaq.Belə işi görənlə ən ağır cəzaya layiqdirlər.

Rasim Quliyev 2024-12-14 17:20:57

Atasının pulu var hamsı şoudur.Kasıb olsa idi çoxdan 25 il vermişdilər.Araşdırsįnlar o qədər pulu hardan necə qazanıb.Dövlət büdcəsinə nə qədər vergi,sosial sįğorta verib.Pulu o qədər çox alıb ki,heç hakimiyyəti saymır.Guya içərdə yatacaq gedib pulunu verəcək lux şəraitdə yaşayacaq.Axırda deyəcək xəbərim yox idi.Yerinə yetimin birisini salacaqlar bir az pul verəcəklər.O da deyəcək mən etmişəm.Pulun var nə istəsən elə..O 8mln onun üçün tum puludur.

S.Əhmədov. 2024-12-14 14:17:32

Dövlət ən giddi tədbirlər görməlidir.Biabırcılıqdır.Xəyanətdir.

Aaa 2024-12-14 13:30:21

Azərbaycanda kimin duxu çatar özbaşına meşəyə girsin, ağac kəssin. ? Güldürməyin. Pulunu verib, razılığını alıb, işini görüb. İndi, kimsə üstünü açıbdır deyə, firmanı günahlandırırlar. Qalanınıda özünüz bilirsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol