Güclü külək Yevlax rayonunda fəsadlar törədib. "Report"un Qərb bürosunun məlumatına görə, təbiət hadisəsi nəticəsində rayonun elektrik təsərrüfatına ziyan dəyib, 40-a yaxın yaşayış məntəqəsində əhalinin elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Eyni zamanda şəhərdə və rayon ərazisində yaşayış binasının, fərdi yaşayış evlərinin, qeyri-yaşayış obyektlərin dam örtükləri uçub. Külək ağacları və elektrik dirəklərini aşırıb.
Hazırda aidiyyəti orqanlar problemlərin aradan qaldırılması üçün tədbirlər görürlər.


Şərhlər
Kişi, siz bilmirsiniz. Külək Yevlağı qaldırıb göyə, çırpıb yerə. Qanadı qırılmış vilayətə 40 milyon manat dəyərində xətər yetiribdir. İndi əhli-vilayaət neyləyəcək? Biçarələrin büdcəsində bir şahı belə pul yoxdur. İlin axırıdır. İndiyə pul qalardımı?