Menu

Qroznıya dron hücumu - VİDEO

15.12.2024, 11:36
Qroznıya dron hücumu - VİDEO

Çeçenistanın paytaxtı Qroznıda bu səhər ardıcıl güclü partlayış səsləri eşidilib.

Qroznıdan APA-ya verilən məlumata görə, partlayış səsləri şəhərin iki yerindən gəlib.

Məlumatı verən mənbə şəhərə hücum edən dronlardan birinin vurulma anının eksklüziv görüntüsünü də təqdim edib.

Dron hücumlarının şəhərdə yerləşən hərbi bazarlara yönəldiyi bildirilir.

İkinci partlayışın fəsadları barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna bir neçə gün əvvəl də OMON-un Qroznıdakı bazasını dronlarla hədəfə almışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol