Menu

Əsəd ailəsinin aktivlərinə beynəlxalq "ov" başlanacaq

15.12.2024, 20:38
Əsəd ailəsinin aktivlərinə beynəlxalq "ov" başlanacaq

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin xaricdə yerləşən aktivləri beynəlxalq diqqət mərkəzinə çevrilə bilər və əsl "ov" obyektinə dönəcək.

"Trend" xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Jurnalın bildirdiyinə görə, Əsəd ailəsinin xarici aktivləri arasında Rusiyada daşınmaz əmlak, Vyanadakı otellər və Dubayda şəxsi təyyarə kimi əmlaklar yer alır.

Ağ Evin keçmiş rəsmisi Endryu Tabler qeyd edib ki, Əsəd ailəsi həmişə sürgün ehtimalına qarşı hazırlıqlı olub: "Onların hər zaman B planı var idi, buna görə də beynəlxalq səviyyədə ovlanacaqlar."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol