İrlandiya hakimiyyətinin İsrailin işğalçı və soyqırım siyasətini sərt şəkildə tənqid etməsi Netanyahu rejimini narazı salıb. İsrailin Xarici İşlər Nazirliyi İrlandiyanın tənqidlərinə cavab olaraq Dublindəki səfirliyi bağlamağı qərara alıb.
Bu barədə “The Times of Israel” qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb.
Fələstində on minlərlə dinc insanı qətılə yetirən Netanyahu rejimi utanmadan İrlandiyanın bu siyasəti tənqud etməsinin "antisemitizm hərəkətləri" kimi təqdim edib.
Beynəlxalq təşkilatlar tərəfindən insanlıq əleyhinə cinayətlərdə ittiham olunan İsrail rejimi, İrlandiyanın İsraillə münasibətlərdə "bütün qırmızı xətləri keçdiyini" iddia edib.
Xatırladaq ki, Dublinin Fələstin dövlətini tanımasından sonra İsrail artıq may ayında İrlandiyadakı səfirini geri çağırmışdı. Eyni zamanda, İrlandiya səfiri İsraildə fəaliyyətini davam etdirir.
Ötən həftə İrlandiya hökuməti İsraili Qəzza zolağında soyqırımda ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi Afrika Respublikasını dəstəkləyib.
"AzPolitika.info"


Şərhlər