Menu

Gəncədə sursat partlayıb, ölən var

17.12.2024, 14:13
Gəncədə sursat partlayıb, ölən var

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asif Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib.

Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol