Menu

Azərbaycanda 11 ayda 2.5 tondan çox qızıl istehsal edilib

17.12.2024, 16:05
Azərbaycanda 11 ayda 2.5 tondan çox qızıl istehsal edilib

2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 2567.2 kq qızıl, 3064.2 kq isə gümüş istehsal edilib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4% artıb, gümüş istehsalı isə 19.6% azalıb.

Qeyd edək ki, 2024-cü il dekabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 282.6 kq və 664.4 kq təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol