Menu

Camış balasına görə 100 manat subsidiya veriləcək

17.12.2024, 17:31
Camış balasına görə 100 manat subsidiya veriləcək

Balağa (camış balasına) görə də subsidiya veriləcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasına edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər heyvan subsidiyası yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya olub.

Heyvan subsidiyası hər bir sağlam balağa (camış balasına) görə 100 (yüz) manat məbləğində müəyyən edilib.

Şərhlər

Mubariz 2024-12-17 20:02:34

İndi kənd təsərufatına baxan orqanlar bir camışdan beş bala almaq prinsipini əldə tutaraq yarışa çıxacaqlar və küllü miqdarda rüşvət yığacaqlar ,sonda məlum olacaq ki ,nə camış var ,nə də balası .Bir- iki yetimi tutacaqlar ,vəssalam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol