Rusiya sosial şəbəkələrində prezident Vladimir Putinin 18 il əvvəl verdiyi bir müsahibənin videoyazısı ciddi müzakirə olunur.
ANS PRESS-in məlumatına görə, videoda 1996-cı ildə Vladimir Putinin Rusiya prezidentinin işlər idarəsinə işə götürülməsi ilə bağlı Moskvaya köçməsi təsvir edilib. Ağır çantaları daşıyan, köhnə dəbli kostyum geyinmiş Vladimir Putin Sankt-Peterburq hava limanında müsahibə verib.
Müsahibə zamın Putin özünü ciddi əyalət məmuru kimi aparır, Sankt-Peterburq rəhbərliyinə tərif yağdırır. Həm də bildirir ki, Rusiya prezidenti ilə ünsiyyətdə olmaq onun səviyyəsi deyil.
Bütün bunlarla yanaşı, “RVision.TV” ictimai-siyasi kanalı tərəfindən şəbəkəyə yerləşdirilmiş videonun hansı səbəbdən çəkildiyi də bilinmir. Görünür, hansısa qüvvələr Putinin karyera yüksəliştnə doğru irəlilədiyindən xəbərdar imiş və bəri başdan onun hakimiyyət yolunun salnaməsini hazırlayırmış.

![“Prezidentə söz demək mənim səviyyəm deyil" - Putin [Video]](https://static.azpolitika.info/storage/news/97ba6db35c0e27c3f43d46e3d49784aa/8266f3b8-f4b0-419e-bcb8-4bdf82c27bf7_740.jpg)
Şərhlər