Menu

Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair məsləhətləşmələr keçirilib

20.12.2024, 10:37
Ermənistan, Yunanıstan və Kipr arasında müdafiə məsələlərinə dair məsləhətləşmələr keçirilib

Afinada Ermənistanla Yunanıstan arasında müdafiə məsələlərinə dair ikitərəfli, habelə Ermənistan-Yunanıstan-Kipr üçtərəfli məsləhətləşmələri keçirilib.

APA xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, məsləhətləşmələr çərçivəsində 2024-cü ildə müdafiə sahəsində görülmüş işlərin nəticələri və 2025-ci il üçün planlar müzakirə olunub.

Məsləhətləşmələrin sonunda 2025-ci il üçün Ermənistan-Yunanıstan ikitərəfli və Ermənistan-Yunanıstan-Kipr üçtərəfli əməkdaşlığına dair proqram imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol