Menu

“İsraillə uzunmüddətli müharibəyə hazırıq” – Husilərin lideri

20.12.2024, 11:58
“İsraillə uzunmüddətli müharibəyə hazırıq” – Husilərin lideri

İran dəstəkli Husilərin lideri Əbdülməlik əl-Husi Yaxın Şərqdəki hadisələrlə bağlı açıqlamalar verib.

İsrailin Yaxın Şərqdə törətdiyi qətliamlara diqqət çəkən əl-Husi, İsrailin təcavüzünün Husilərin fələstinliləri dəstəkləməklə bağlı münasibətini dəyişməyəcəyini deyib.

İsraillə açıq bir qarşıdurma içində olduqlarını vurğulayan əl-Husi, “İsraillə uzunmüddətli müharibəyə hazırıq”,-deyə bildirib.

“Böyük İsrail layihəsi” çərçivəsində Suriyada yaranan təhlükəsizlik zəifliyindən istifadə edərək Fərat çayına çatmaq planlarına qarşı olduqlarını vurğulayan əl-Husi xəbərdarlıq edib ki, İsrailin məqsədi Qüds, Məkkə və Mədinəyə nəzarət etməkdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol