Menu

Almaniyada 11 nəfəri maşınla öldürən terrorçunun kimliyi məlum oldu - FOTO

21.12.2024, 11:58
Almaniyada 11 nəfəri maşınla öldürən terrorçunun kimliyi məlum oldu - FOTO

Almaniyanın Maqdeburq şəhərində naməlum şəxsin idarə etdiyi avtomobili Milad yarmarkasındakı izdihamın üzərinə sürməsi nəticəsində 80-dək insan xəsarət alıb, 11 nəfər isə həlak olub. Xəsarət alanlardan 15-nin vəziyyətinin ağır olduğu bildirilib.

"AzPolitika" xəbər verir ki, hadisəni törədən şəxsin kimliyi ortaya çıxıb.

50 yaşında olduğu bildirilən terrorçunun Səudiyyə Ərəbistanı vətəndaşı Taleb A. olduğu açıqlanıb.

Alman mətbuatında yer alan məlumata görə, hücum edən şəxs 2006-cı ildən Almaniyanın Bernburq şəhərində yaşayan və klinikada psixoterapiya sahəsində çalışan həkimdir.

"AzPolitika.info"


Şərhlər

Asıf 2024-12-21 14:39:33

Vehsı psıxopat xestelık dının psıxı xestesı.sehv bunları serhedınden ıcerı buraxandadır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol