Menu

Rus ordusu 113 PUA ilə Ukraynaya hücum edib - 57-si vurulub

21.12.2024, 12:48
Rus ordusu 113 PUA ilə Ukraynaya hücum edib - 57-si vurulub

Ötən gün Rusiya Silahlı Qüvvələri 113 pilotsuz uçuş aparatı ilə (PUA) Ukrayna şəhərlərini hədəf alıb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sosila media hesabından paylaşım edilib.

Məlumata görə, hücum Poltava bölgəsi istiqamətində, Bryansk, Millerovo, Orel, Kursk, Primorsko-Akhtarsk, Berdyansk istiqamətlərində qeydə alınıb. PUA-lardan 57-si vurulub.

Rus ordusunun hücum zamanı PUA-larla yanaşı raketlərdən də istifadə olunduğu qeyd olunub

Bildirilib ki, hücum nəticəsində Zaporojye və Xarkov vilayətlərində yaşayış binalarına ziyandəyib, itkilər olub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol