Menu

Tramp Ukraynaya maliyyə dəstəyinin əleyhdarını Pentaqona təyin edəcək

23.12.2024, 17:06
Tramp Ukraynaya maliyyə dəstəyinin əleyhdarını Pentaqona təyin edəcək

ABŞ-nin Prezidenti seçilmiş Donald Tramp Pentaqon rəhbərinin müavini vəzifəsinə Maykl Daffinin namizədliyini təqdim edib.

APA-nın məlumatına görə, M. Daffi hələ Ağ Evin İnzibati-Büdcə Departamentinin əməkdaşı olarkən, 2019-cu ildə ölkəsinin Ukraynaya 250 milyon ABŞ dolları ayrılması təşəbbüsünün reallaşmasına imkan verməməsi ilə tanınır.

Xatırladaq ki, bir sıra siyasi müşahidəçilər onun mümkün təyinatını rəsmi Vaşinqtonun Ukrayna siyasətində dəyişikliyə getmək niyyəti kimi dəyərləndirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol