Menu

Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında ayın ən yaxşı oyunçusu seçilib

23.12.2024, 23:23
Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında ayın ən yaxşı oyunçusu seçilib

İspaniyanın "Real" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında ayın ən yaxşı oyunçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu noyabr ayında meydana çıxdığı matçlarda 3 qol və 1 assistə imza atmaqla bu ada layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol