Menu

Ukraynada Moskvanı vura biləcək raket hazırlanır – “2025-ci il “qanadlı raketlər ili” olacaq”

24.12.2024, 11:03
Ukraynada Moskvanı vura biləcək raket hazırlanır – “2025-ci il “qanadlı raketlər ili” olacaq”

Ukrayna hərbi-sənaye kompleksi müəssisələri Moskvaya çata bilən raket hazırlayır

“AzPolitika” xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.

Qeyd olunur ki, hazırda Ukraynada 10-dan çox raket layihəsi üzərində iş gedir. Onlardan biri “Trembita” adı verilən raketdir. Raketin əsas variantı saatda 400 kilometr sürətlə 200 kilometr məsafəyə uçur. Lakin Moskvaya çatmaq üçün daha böyük və güclü model hazırlanır. Artıq son sınaqlardan sonra raketin seriya istehsalı planlaşdırılır.

Ukraynanın raket proqramının təfərrüatları ciddi şəkildə qorunur. Müharibə zamanı raketlərin istehsalı sözün əsl mənasında yerin altına köçürülüb. İstehsalın bir hissəsi artıq təhlükəsiz bunkerlərdə həyata keçirilir. Eyni zamanda, komponent istehsalı yüzlərlə gizli, diqqətdən kənar yerlərə səpələnib.

Ukraynanın Rəqəmsal transformasiya naziri Mixail Fyodorov isə bəyan edib ki, 2025-ci il Ukraynada “qanadlı raketlər ili” olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol