Menu

10 ayda Azərbaycana 50 min tona yaxın palma yağı idxal edilib

24.12.2024, 11:41
10 ayda Azərbaycana 50 min tona yaxın palma yağı idxal edilib

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 57 milyon 960 min ABŞ dolları dəyərində 48 min 947.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 7.4% və ya 3 min 377 ton, dəyər ifadəsində isə 10.7% və ya 5.6 milyon ABŞ dolları artıb. 2023-cü ilin ilk 10 ayında Azərbaycana 52 milyon 342 min ABŞ dolları dəyərində 45 min 570 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Hesabat dövründə palma yağının 1 kiloqramının orta idxal qiyməti 2 manat təşkil edib və Malaziyadan 23 min 179 ton, İndoneziyadan isə 25 min 768 ton gətirilib.

Xatırladaq ki, son 30 ildə marqarin istehsalında trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.

Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Bu ilin 10 ayında Azərbaycanda 40 min 853 ton marqarin istehsal edilib ki, bunun da 1009 tonu ixrac edilib.

Şərhlər

Həkim 2024-12-24 13:33:33

İnsan sağlamlığına zərərli olduğunun təsdiqləməyə ehtiyacı olmayan palma yağının Azərbayana idxalına səbəb və məqsəd nədir?Bunu kimlər və nə zaman açıqlayacaqlar?Axı bu miqdarda yağ əhalinin sağlamlığına əhəmiyyətli dərəcədə ziyan vurur.Bu düşmənçiliyin səbəbi nədir?AQTA ,TƏBİB.Səhiyyə nazirliyi niyə susur?Axı Malayziya və İndoneziyada bu yağlar insanların istifadə etdikləri qida məhsullarında istifadə olunmur.Yalnız texniki məqsədlərdə işlənilir.

Əliəddin 2024-12-24 13:31:53

Palma yağı İNSANLIQ ÜÇÜN BÖYÜK FACİƏDİR. Palıma yağı məqalədə qeyd edildiyi kimi təkcə marqarin istehsalında deyil, Azərbaycanda istehsal edilən bütün növ süd məhsullarında (xama, kəsmik, sarı yağ və s.) geniş istifadə edilir. İnsan ACGÖZLÜYÜNÜN İYRƏNC TƏNTƏNƏSİ! Brest-Litovsk xamaları ilə yan-yana qoyularsa Azərbaycanda istehsal olunan süd məhsulları ZAYLIQ əmsalına görə şübhəsiz ki, lider olarlar. Qazandıqlarını yaxşı işlərə XƏRCLƏMƏSİNLƏR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol