Menu

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

24.12.2024, 14:37
Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Məlumata görə, Samux rayon sakini, 1951-ci il təvəllüdlü Pərnuş Quliyevanı avtomobil vurub.

O, ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol