Silahlılar Əfqanıstanda təhlükəsizliyin təmini üzrə beynəlxalq qüvvələrin (ISAF) karvanına hücum edib.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə anonimlik şərtləri əsasında rəsmi hərbi mənbə məlumat verib. Hücum nəticəsində iki amerika hərbçisi həlak olub.
Mənbənin məlumatına əsasən, karvana hücum dünən axşam Kabildən şimalda Pərvan əyalətində yerləşən ABŞ silahlı qüvvələrinin ən böyük aviabazası Baqram yaxınlığında baş verib: "“İki hərbçi Əfqanıstanın şərqində düşmən qoşunlarının hücumu nəticəsində həlak olub”.
Agentliyin məlumatına əsasən, ötən il ərzində Əfqanıstanda 65 xarici hərbçi ölüb, onlardan 50-si ABŞ vətəndaşıdır.
- See more at: http://salamnews.org/az/news/read/155075#sthash.ZMZWdUuI.dpuf


Şərhlər