Menu

Bill Klinton xəstəxanadan buraxılıb

24.12.2024, 22:34
Bill Klinton xəstəxanadan buraxılıb

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton Vaşinqtondakı xəstəxanadan evə buraxılıb.

"Report" xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi "X" sosial şəbəkəsində bildirib.

O, 78 yaşlı eks-prezidentin qripə yoluxduğunu vurğulayıb.

Qeyd edək ki, dekabrın 23-də B.Klinton temperaturu yüksəldiyi üçün Vaşinqtondakı "MedStar Georgetown" Universiteti Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, 2021-ci ildə keçmiş Prezident Kaliforniyada altı gün xəstəxanada yatıb və COVID-19-a bağlı olmayan bir infeksiya ilə müalicə olunub.

B.Klinton 1993-2001-ci illərdə ABŞ Prezidenti olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol