Menu

Azərbaycan heyəti qəza yerinə gəldi - Müəmmalı görüntülər ortaya çıxdı + VİDEO

25.12.2024, 21:16
Azərbaycan heyəti qəza yerinə gəldi - Müəmmalı görüntülər ortaya çıxdı + VİDEO

Məlum olduğu kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

AZAL-ın məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, onlardan 30-u sağ qalıb.

Qəzanın ardından Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət qəza ilə bağlı Qazaxıstana yolu düşüblər.

Hadisə yerinə çatan Azərbaycan heyəti tərəfindən paylaşılan görüntülərdə isə müəmmalı bir məqam diqqət çəkib. Paylaşılan videolarda heyətin təyyarənin vurulma ehtimalı üzərində müzakirələr apardığı görünüb.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Kòhne 2024-12-25 22:28:40

QUŞDUSA ..........QANI HANI ...,?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol