Menu

"Qarabağda Azərbaycan bayrağı dalğalanır" - Zaxarova

25.12.2024, 20:02
"Qarabağda Azərbaycan bayrağı dalğalanır" - Zaxarova

Qarabağda Azərbaycan bayrağı dalğalanır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçidiyi brifinqdə erməni jurnalistin bir vaxtlar Rusiyanın bayrağının dalğalandığı Suriya və Qarabağda indi Türkiyə bayrağının dalğalanması ilə bağlı təxribatçı sualına cavabında bildirib.

“Xatırladığım, anladığım qədər Qarabağda Azərbaycan bayrağı dalğalanır. Siz Qarabağda Azərbaycan bayrağının dalğalanması ilə gördüyüm qədər razılaşırsınız. Mən Rusiyanın deyil, Ermənistan rəhbərliyinin bu məsələyə münasibətini səsləndirmişəm. Mən Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz ərazisi kimi tanıması qərarını söyləmişəm”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova təxribatçı sual verən erməni jurnalisti qeyri-səmimilikdə ittiham edib.

Şərhlər

ƏNHU 2024-12-25 22:36:13

Araqsifət Mariya "-Siz Qarabağda Azərbaycan bayrağının dalğalanması ilə gördüyüm qədər razılaşırsınız" deməklə ermənilərin gəniziyini ovur. Rus elitası özünü reallığı qəbul etmiş kimi göstərsə də bu şərabpaylayan saqi heç cür dilini dinc qoya bilmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol