Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
"AzPolitika" xəbər verir ki, hadisədən dərhal sonra Qazaxıstan hökuməti operativ qərargah yaradıb, Qazaxıstan FHN-nin qüvvələri və həkim briqadaları hadisə yerinə cəlb edilib.
Qəza ilə bağlı Azərbaycan və Qazaxıstan dövlət qurumları qarşılıqlı fəaliyyət göstərib, hər iki ölkənin media qurumları operativ məlumatlandırma həyata keçiriblər. Mütəmadi olaraq məlumatlar Azərbaycan ictimaiyyətinə çatdırılıb.
Qəzadan sonra Qazaxıstan ictimaiyyətinin göstərdiyi qardaş həssaslığı da unudulmazdır. Aktauda yüzlərlə soydaşımız və qazax qardaşlarımız xəstəxanalara axın edib, yaralılara qan verdilər.
Eyni zamanda Azərbaycanın Qazaxıstandakı Səfirliyinin qarşısına gül dəstələri gətirilir. Qazax qardaşlarımızr Astanadakı səfirliyimizin önünə gələrək təyyarə qəzasında həlak olanların xatirəsini yad edir və onların ailələrinə, eləcə də xəsarət alan şəxslərə dəstəklərini nümayiş etdirirlər.







Şərhlər
Sağ ol, Qazax xalqım.