Menu

Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb - Nəqliyyat naziri

25.12.2024, 21:21
Qazaxıstanda qəzaya uğrayan təyyarənin üç ekipaj üzvü sağ qalıb, ikisi ölüb -  Nəqliyyat naziri

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin 3 ekipaj üzvü sağ qalıb, ikisi ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev təsdiqləyib.

“Göyərtədə 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Təssüf ki, 38 nəfər ölüb, 29-u sağ qalıb. 5 ekipaj üzvündən 2 nəfəri ölüb, 3 nəfər sağ qalıb”, - Karabayev deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol