Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb. Pilotlarımız peşəkar olub, onların 10 min saatdan çox uçuş ediblər.
Bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.
“Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, - Samir Rzayev bildirib.
AZAL-ın prezidenti Samir Rzayev Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsnin dronla vurulub-vurulmaması məsələsindən də danışıb.
O, hələ bu kimi iddialarla bağlı konkret fikir bildirməyin mümkün olmadığını qeyd edib.
“Hələ heç bir iddia ilə bağlı konkret söz demək mümkün deyil. Hələ ki müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, - deyə AZAL-ın prezidenti əlavə edib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.

Şərhlər
Allah bunu edənlərə lənət eləsin. Insan olan söz tapmır. Can heyatlari facie Ile Sona çatan cavan balalar. Allah rəhmət eləsin
Təyyarə deşik-deşikdir.Bütün dünya gördü. Heyf o cavanlardan. Allah rəhmət eləsin..
Ilk növbədə Azal-ın prezidentini həbs etmək lazımdır. Hava döyüşlərinin getdiyi şəhərlərə uçuşlar təşkil etdiyinə görə.