Menu

"Kim vurulan təyyarənin Xəzərdə batmasını istəyib?..." - "Putin bunu bilməmiş deyildi"

26.12.2024, 20:44
"Kim vurulan təyyarənin Xəzərdə batmasını istəyib?..." -  "Putin bunu bilməmiş deyildi"

"Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulmasıyla bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb".

"AzPolitika" xəbər verir ki, bunu politoloq Elxan Şahioğlu bildirib.

O qeyd edib ki, böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi: "Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil".

Şərhlər

rr 2024-12-27 06:08:19

tam doqru

Köhne 2024-12-27 01:22:25

ŞUŞANI , BAKINI ( (XIRDALANIN ŪZERINDE PARTLADILAN ) ISKENDERLE VURAN RUSDURDƏ...BURDA QEYRI ADI NƏ VARKI.........

Veteran 2024-12-26 20:27:21

Ay hökumət rusdan bir dədəfəlik aralanmaq lazımdır.Gözləmək lazıd deyil , o nə vaxtsa dağılacaq.Onsuzda içimizdəki antimilli ünsürlərlə birləşib bizi məhv edirlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol