Menu

"Rusiya Polşa vasitəsilə Aİ-yə qaz tədarük etməyə hazırdır" - Putin

27.12.2024, 08:47
"Rusiya Polşa vasitəsilə Aİ-yə qaz tədarük etməyə hazırdır" - Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Polşa vasitəsilə Avropa İttifaqına qaz tədarük etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Putin Rusiyanın Aİ-yə qaz tədarükündən imtina etmədiyini, Polşa üzərindən hazır marşrutun çəkildiyini vurğulayıb.

“Problem ondadır ki, Varşava Yamal-Avropa qaz kəmərini bağlayıb. Buyurun, şaha açın, tədarükə başlayaq”, - Putin vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol