Ukrayna kəşfiyyatçıları rus zabitləri və texnikasını məhv etməklə nəticələnən daha bir uğurlu əməliyyat keçirib.
“AzPolitika” xəbər verir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi paylaşım edib. Əməliyyat nəticəsində azı üç rusiyalı zabit və 5 texnika məhv edilib.
Qeyd olunur ki, Zaporojye vilayətində Ukraynaya qarşı cinayətkar müharibədə iştirak edən Rusiya Federasiyasının 4-cü Qvardiya Hərbi Bazasının komandanlığının zabitlərinin iştirakı ilə planlaşdırılan görüş barədə məlumat daxil olub.
Məlumatların yoxlanılmasından və təsdiqindən sonra hərbi kəşfiyyatçılar əməliyyat planı hazırlayıblar. İşğalçıların səhra görüşü başlayandan dərhal sonra rus zabitlərinin və onların maşınlarının cəmləşdiyi əraziyə HİMARS-dan yüksək dəqiqlikli zərbə endirilib. Təxliyyə qrupunun gəlişindən sonra isə Ukrayna Təhlükəsizlik Qüvvələrinin PUA-ları onlara da zərbə endirib.
Məhv edilən zabitlər bunlardır:
- Rusiya Silahlı Qüvvələrinin 135-ci motoatıcı alayının 1-ci batalyonunun komandiri, kapitan Naqornı Dmitri Oleqoviç;
- Kapitan Kroxmalev Qriqori Aleksandroviç, Rusiya Silahlı Qüvvələrinin 135-ci motoatıcı alayının kəşfiyyat rəisi;
- Kapitan Fomin Yuri Viktoroviç, Rusiya Silahlı Qüvvələrinin 4-cü Qvardiya Hərbi Bazasının zenit batareyasının komandiri.
“AzPolitika.info”


Şərhlər