Menu

“Embraer” təyyarə istehsalı müəssisəsinin nümayəndələri Aktauya gəlib

27.12.2024, 14:28
“Embraer” təyyarə istehsalı müəssisəsinin nümayəndələri Aktauya gəlib

“Embraer” təyyarələri istehsal edən müəssisənin nümayəndələri Braziliyadan Aktau şəhərinə gəliblər.

“Report” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Təhqiqat komissiyası aviasiya hadisəsi yerində növbəti işləri planlaşdırıb.

Yaxın günlərdə, həmçinin CENIPA-nın (Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzi, Braziliya) gəlişi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol