Menu

“Qəzadan sonra 29 saniyə danışdıq” - Kapitanın dostu + VİDEO

27.12.2024, 15:50
“Qəzadan sonra 29 saniyə danışdıq” - Kapitanın dostu + VİDEO

“Qəzadan sonra 29 saniyə zənglə danışdıq”.

Bunu təyyarə qəzasında həlak olan kapitan İqor Kşnyakinin ən yaxın dostu Müzəffər Mirzəyev “Space TV”yə açıqlamasında deyib.

“Danışsam, gərək dastan danışım. O ən yaxşı pilotlardan biri idi. Hər gəlib düşəndə mənlə danışmamış evə qalxmırdı. Mən təyyarədən qorxurdum, mənə həmişə deyirdi ki, nədən qorxursan?! Sonuncu dəfə onu həftənin bazar ertəsi (red:qəzadan iki gün əvvəl) görmüşdüm.

Qəza olan günü onunla 29 saniyə danışmışam. Saat 12:29-da ona zəng etdim, telefonumda da var, təsdiq edə bilərəm. Mənə dedi ki, vəziyyətim pisdir. Son sözü o oldu, ondan sonra heç nə demədi. Sonra nə qədər zəng etdim düşə bilmədim”, - kapitanın dostu deyib.

Şərhlər

Anar 2024-12-27 16:08:31

Yəqin, raketin dəyməsindən sonranı deyir. Qəzadan sonra o dünyadan danışası deyil. Biraz küləkləmə var. Ancaq, olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol