Rusiya Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Dövlət başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.
Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Şərhlər
5-ci Kolon tərəfindən vətəndaşlarımızın qanını batırmaq üzrə fəaliyyərdə olduğu qəza materiallarının Rusiya tərəfindən araşdırılmasına razılaşması ilə sübut olunur.Bu Azərbaycan xalqına təhqir və saymamazlıqdır1
Putin üzr istəyib nə dedi?Təyyarənin Rusiya tərəinən vurulduğunu təsdiqlədi?Günahkarları keçən 4 gün ərzində müəyyən etdiklərini və onların kimlər olduğunu dedi? Təzminat ödənilmə üçün göstəriş verdiyini dedi?Niyə bunlar açıqlanmır?Yoxsa istintaqı Rusiyaya həvalə edin deyib?Niyə həqiqətin üzə çıxarılmasını istəmirik?
Bu ciddi və Azərbaycan üçün əhəmiyyətli məsələdə Rusbaşlarn iştirakına.Putini müafiəyə yönəlmiş hallara yol vermək hadisədə həlak olan soydşlarımza biganəlik və hörmətsizlik əlaməti sayılır...Yazıda Putinin hadisə ilə əlaqədar gördüyü tədbirlərdən, cinayətkarların müəyyən edilib ortaya çıxarılmasından.kompensasiyadan məlumat varmı? Bu zəngi üzr istəmə kimi qbul etmək olmaz!
Azərbaycanın nə putinə nə də qeyrisinə heç bir ehtiyacı yoxdur. İstənilən məsələni ölkəmiz həll etmək iqtidarındadır. Mən öləndən sonra min dəfə üzr istəsin. Burada mənəvi məsələlər var. Sən böyük dövlətsənsə mən kiçik dövlətə hansısa təsir, təzyiq göstərməyin hansı məntiqə sığır.Güclünün yanında gücsüzmü günahkardır? Odur ki, bu cinayətkar hadisədə həlak olanların ailələrinə və yaralılara təzminat ödəməsi Rusiya dövlətinin boynunun borcudur. Birincisi, heç bir təzminatla bu ailələrin yaralarını sağaltmaq mümkün deyil. Heç olmasa təskinlik tapmaq üçün bu ailəkərin hər birinə 1.000.000 dollar təzminat ödənməlidir. Bu birmənalıdır. Putin dövlət başçısına zəng edib üzr istəyib. Buna etirazım yoxdur. Rusiyanın bir çox televiziya kanalları var. Xalqına hesabat verdiyi kimi istənilən kanaldan çıxış edib Azərbaycan xalqından, həlak olanların ailələrindən və yaralılardsn üzr istəməlidir. Bu addım Putinin böyüklüyünün sübutu olardı. Bütün dünya da bunu görərdi. Putinin növbəti addımı öz telekanalizasiyalarındakı Solovyov, Simonyan, Şahnazarov kimi küçüklərinə tapşırıq verərdi ki, Azərbaycanla bağlı iftiralara, yalanlara, hürnəklərinə son qoysunlar. Onda bilərdik ki, Putinin üzr istəməsi doğrudur və səmimidir. Əvvəlki yazılarımda da qeyd etmişəm. Ölkə başçısı hər iki pilota və bələdçi xanımın qəhrəmanlığını rəsmiləşdirmiş olsa, bu addım ona daha çox hörmət və başucalığı gətirər, çünki onların bu qəhrəmanlıqları tarixə yazılası hadisədir.
bu üzr istəmək yox fırlatmaqdır
Üzrü günahından betər..
Üzrün mətnində Azərbaycan xalqından, prezidentdən və həlak olanların ailələrindən üzr istəyirəm, kimi konkret ifadələr yer almalı idi. Bunun üzrü isə üzrdən çox başsağlığına oxşayır. Bizə belə qeyri-humanist, acımasız bir prezidentin başsağlığı lazım deyil. Öldür sonra da bağışla de Azərbaycanda keçmir..Belə olmur və olmayacaq.
Avtomat kuklanın üzrü onun və ətrafının kəlləsinə dəysin.
AYDINDIR..... ... .
Bunu tam üzr hesab etmək olmaz....Putinin zəngi başqa ölkə başçılarının başsağlığı vermələrinin gecikmiş təzahürüdür.Üzr istəmə günahkarlara qarşı gördüyü təbirlər, cəzalandırılmalar fonunda ziyanı ödəmə iatiqamətinə ola bilər.bunarın geç biri Putinin telefon zənginə səslənməyib.faktlar ortaya qoyulmayıb...