Menu

“Putin Fitsoya tapşırıb ki, Ukraynaya qarşı “ikinci cəbhə” açsın” - Zelenski

28.12.2024, 17:40
“Putin Fitsoya tapşırıb ki, Ukraynaya qarşı “ikinci cəbhə” açsın” - Zelenski

Vladimir Putin Slovakiyanın Baş naziri Robert Fitsoya “Ukraynaya qarşı ikinci enerji cəbhəsi” açmağı tapşırıb.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, Fitsonun Ukraynaya təcili elektrik enerjisi tədarükünü kəsməklə bağlı hədələrini yalnız Putinin təlimatı ilə izah etmək olar. 

Zelenski Fitsoya xatırladıb ki, Ukraynanın enerji sektorunun düşdüyü durumun səbəbkarı onun görüşdüyü Putindir: "Ukraynanın elektrik enerjisi idxalına ehtiyacı yalnız Rusiyanın bizim Zaporojye AES-i işğal etməsi və Ukraynanın istilik və su elektrik enerjisi istehsalının əhəmiyyətli hissəsinin Rusiya raketləri və PUA-ları tərəfindən qəsdən məhv edilməsi səbəbindən yaranıb".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol