Menu

“Rusiyanı müharibə və iqtisadi kollaps gözləyir...” - Yavlinski

13.12.2014, 20:02
“Rusiyanı müharibə və iqtisadi kollaps gözləyir...” - Yavlinski

Rusiya qarşısında iki təhlükə durur – müharibə perspektivi və iqtisadi kollaps. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, belə bir xəbərdarlıqla “YABloko” partiyasının qurucusu Qriqori Yavlinski çıxış edib.

Partiyanın mətbuat xidmətindən bildirildiyinə görə, Yavlinski bu təhlükələrə qarşı əks-tədbirlər proqramı da təklif edib. Onun fikrincə, tədbirlərdən biri hökumətin istefası və baş nazir postuna Aleksey Kudrinin gətirilməsi ola bilər.

Yavlinski hesab edir ki, Rusiya üçün strateji məsələ - siyasi kursun dəyişdirilməsidir: “Söhbət “Avrasiya” istiqamətindən imtina və Avropa inkişaf yoluna qayıtmaqdan gedir”. O, əmindir ki, bu, problemin həllinə ölkə ya böyük böhrandan keçdikdən sonra, ya da 2018-ci ilin seçkiləri vasitəsilə gələcək.

Siyasətçi həmçinin, hesab edir ki, Rusiyaya bütün yerdə qalan dünya ilə hərtərəfli dialoq lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol