Menu

ABŞ-nin 39-cu sabiq Prezidenti vəfat edib

30.12.2024, 01:29
ABŞ-nin 39-cu sabiq Prezidenti vəfat edib

ABŞ-nin sabiq Prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.

Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 30-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.

Qeyd edək ki, Karter ABŞ-nin 39-cu Prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol