Menu

Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır - ABŞ-nin Azərbaycandakı səfiri

31.12.2024, 14:06
Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır - ABŞ-nin Azərbaycandakı səfiri

Ötən həftə baş verən ürəkdağlayıcı təyyarə qəzasında həyatını itirənlərin dərin hüznünü sizinlə paylaşırıq.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrikində deyib.

“Düşüncələrim həlak olanların ailələrinin və yaralıların yanındadır. Nizami Gəncəvi deyib ki, ən çətin anlarda belə ümidi itirmə, çünki ən qara buludlardan belə yağış yağar. Azərbaycanlı ekipaj tərəfindən göstərilən şücaət həqiqətən ruhlandırıcıdır və bu, mənə ümid verir. Bu, həmin faciənin qara buludlarındakı böyük yağışdır”, - deyə səfir bildirib.

Şərhlər

Mubariz 2024-12-31 16:59:33

Nə əcəb bunu tutmayıblar ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol