Etibar Əliyev,
fəlsəfə üzrə fəlsəfə doktoru
Həmrəylik - fərdlərin iradəsinin və xarakterinin məcmusudur. Azərbaycan xalqı müstəqilliyimizin bərpası, qorunması və suverinliyimiz naminə böyük həmrəylik nümayiş etdirib. Azərbaycan xalqı öz layiqli liderini seçməkdə milli identiklik nümayiş etdirən xalqdır.
- 1993-cü ildə xalqımız həmrəylik göstərib unudulmaz Heydər Əliyevi hakimiyyətə dəvət etdi;
- 1993-1998-ci illərdə xalqın həmrəyliyi ilə Ulu öndərimiz Prezident seçkilərində parlaq qələbələr qazandı;
- 1994-cü ildə xalqın həmrəyliyi sayəsində dövlət çevrilişinə edilən cəhd darmadağın edildi;
- Xalq Heydər Əliyevin ideyaları ətrafında sıx birləşdi. Bu ideyaların nüvəsini azərbaycançılıq, milli identiklik, topaqlarımızın erməni işğalından azad olunması və sosial dövlət quruculuğu təşkil edirdi.
2003-cü ildə xalqın misilsiz həmrəyliyi sayəsində İlham Əliyev Prezident seçildi. Ulu öndərimiz Heydər Əliyevin ideyalarının gerçəkləşməsi dövrünün şahidi olduq.
Prezident İlham Əliyev həmrəylik ideyasını var gücü ilə dəstəkləyən liderdir. O, “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, deyirdi. Dövlətimizin başçısı öz borc kateqoriyasını yerinə yetirir. Fərdlərin, dövlətin inkişafı naminə yeni üfüqlər açılır.
44 günlük Vətən müharibəsində dövlət başçısı ilə xalqın nümayiş etdirdiyi fövqəladə həmrəylik sayəsində torpaqlarımız erməni barbarların işğalından azad olundu. “Qarbağ Azərbaycandır”! “Biz birlikdə güclüyük!”, “Yaşasın Azərbaycan xalqı!” şüarları həmrəylik üçün ən möhtəşəm və uğurlu çağrışlardır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-un Bakıda keçirilməsi ölkəmizin nüfuzunu daha da gücləndirdi. Xalqımız yüksək mədəni həmrəylik nümayiş etdirərək bu möhtəşəm konfransın iştirakçısı oldu.
Dekabr ayının 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması bizi məyus etdi. Prezident səfərini yarımçıq qoyub geri qayıtdı. Onun qətiyyəti və media məkanında nümayiş etdirilən həmrəyliyimiz sayəsində baiskarlar üzə çıxdı.
Biz Qalib xalq olaraq istər xoş günlərimizdə, istərsə də faciələrlə nəticələnən günlərimizdə həmrəyik. Güclü immunitetimiz formalaşıb.
Allah şəhidlərimizə və törədilən fəlakətlər nəticəsində həlak olan vətəndaşlarımıza rəhmət eləsin.
Allah həmrəyliyimizi, rəhbərimizi və məmləkətimizi qorusun!

Şərhlər