Menu

Qubada dəhşətli qəza: 2 ölü, 6 ağır yaralı

14.12.2014, 00:24
Qubada dəhşətli qəza: 2 ölü, 6 ağır yaralı

Bu gün axşam saatlarında ağır yol nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi yolunun Quba rayonu, Paşaoba kəndi ərazisində qeydə alınıb. 99 BA 788 dövlət nömrə qeydiyyatlı “Mercedes Vita” markalı avtomaşınla 10 DE 509 dövlət nömrə nişanlı “VAZ-2107” markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır (APA).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol