Menu

Vaşinqton və Nyu-Yorkun məşhur binalarını ildırım vurub - VİDEO

01.01.2025, 21:05
Vaşinqton və Nyu-Yorkun məşhur binalarını ildırım vurub - VİDEO

Yeni il ərəfəsində Vaşinqtondakı Kapitoliyə və Nyu-Yorkdakı məşhur çoxmərtəbəli "Empire State Building" binasına ildırım düşüb.

Oxu.Az bu barədə "The Washington Post"a istinadən xəbər verir.

Nəşr qeyd edib ki, sosial şəbəkələrdə yayılan fotolarda Corc Vaşinqtonun Abidəsinə və Kapitolinin günbəzinə ildırım düşdüyünü görmək olar.

Həmçinin "Empire State Building"ə ildırım düşməsi anının görüntüləri də paylaşılıb.

Sosial şəbəkə istifadəçiləri bu hadisələri ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyətə qayıdışı ərəfəsində "yaxşı əlamət" kimi qiymətləndiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol