Menu

Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

04.01.2025, 09:58
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb

Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

“Report” xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat xidmətindən bildirilib.

“Sərnişin təyyarələrinin uçuşunun təhlükəsizliyini təmin etmək üçün bu gün 07:45-dən (Bakı vaxtı ilə 08:45) Sankt-Peterburqun “Pulkovo” aeroportunda müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Hava limanı müvəqqəti olaraq, təyyarələri qəbul etmir və uçuş həyata keçirmir”, - məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol