Menu

Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR

04.01.2025, 10:40
Benzin və dizellə bağlı dəyişiklik edildi - QƏRAR

Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında dəyişiklik edib.

"AzPolitika" xəbər verir ki, qərara əsasən, bu Qərarda göstərilən subsidiyanın daşıyıcılara (təchizatçılara) ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılan subsidiya hesabına “SOCAR PETROLEUM” QSC tərəfindən təmin edilsin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən bu məqsədlə hər il dövlət büdcəsinin tərtibi zamanı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə müvafiq məbləğdə subsidiya nəzərdə tutulsun.

Dövlət Neft Şirkətinə tapşırılıb ki, bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtləri müəyyən etsin.

Şərhlər

dadaşyev 2025-01-05 23:40:49

Benzin,dizel qalxıbmı,qalxmayıbmı?Oxudum,əbcəd hesabı yazılıb deyə heç nə başa düşmədim.Belə cümlələri cahil beynim alammır da,nağayrım..Deyəsən deyir ki atım yoxdu,mənə at verin.Sən də fransızca bilmirsən?Başa sal dəə.

Sürücü 2025-01-04 16:10:04

Dw,nyada neftin qiyməti 120 dollar olanda da , indiki kini 72 dollar olanda da dizel yanacağı və benzinin satış qiyməti eyni saxlanıldı.Hələ tarif şurası bahalaşmalar etdi.Buna necə tənzimləmə demək olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol