Pekin Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan yol xəritəsi tərtib edib. Çin lideri Si Cinpin ölkəsini dominant güc olmaq və şirkətlərini birinci yerdə yerləşdirməyi hədəfləyən “Made in China 2025” proqramını işə salıb.
Proqram Çin şirkətlərinə hökumət subsidiyalarını almaq, dövlət müəssisələrini səfərbər etmək və qlobal rəqabətdə digərlərini üstələmək məqsədilə intellektual mülkiyyəti əldə etmək üçün üstünlüklər verəcək. Əslində Pekinin yeni proqramı ABŞ və Avropa İttifaqı bazarlarında Çin məhsullarının sıxışdırılmasına cavabdır.
“Made in China 2025” proqramı tam məxfilik şəraitində hazırlanıb. “Made in China 2025” əsas hədəfləri bunlardır: yeni nəsil informasiya texnologiyaları və telekommunikasiya sahəsini, qabaqcıl robototexnikanı, süni intellekti, aerokosmik mühəndisliyi, yeni sintetik materialları, qabaqcıl elektrik avadanlıqlarını, biotibbi, yüksək səviyyəli dəmir yolu infrastrukturunu və yüksək texnologiyalı dəniz mühəndisliyini inkişaf etdirməkdir.
Çin ən son texnoloji nailiyyətlərdən istifadə edərək sənaye sahələrini sistematik olaraq uğura doğru istiqamətləndirməyi hədəfləyib. Yarımkeçiricilər və elektrik nəqliyyat vasitələri istehsalında üstünlük qazanan Çin xarici texnologiyaya güvənməməyi qarşısına məqsəd qoyub. Bu proqram ölkənin dördüncü sənaye inqilabına uyğundur.
Çin yeni proqram vasitəsilə 2025-ci ildə yüksək texnologiyalı sənayenin 70 faizini özünü təmin etməyi hədəfləyir və bununla 2049-cu ilə qədər qlobal üstünlük əldə etməyə çalışacaq.
Qərb ölkələrində hesab edirlər ki, Çin qazandığı üstünlükləri xarici sərmayələrin ayrı-seçkilik məqsədilə istifadəsinə, məcburi texnologiya transferlərinə, əqli mülkiyyət oğurluğuna, kiberhücumlara və casusluğa borcludur. Qərb ölkələrinin siyasətçiləri Çinin son üstünlük arzusunun qlobal ticarətdə sabitliyi pozacağından narahatdırlar.
Bu arada, Çində fəaliyyət göstərən xarici şirkətlər həssas əqli mülkiyyət və qabaqcıl texnoloji bilikləri paylaşmağı tələbi şərtləriylə Çin şirkətləri ilə birgə müəssisələrə girməyə məcbur olduqlarından şikayətlənirlər. Buna baxmayaraq, Çinin dövlət şirkətləri yüksək maaşla Qərbdəki alimləri və aparıcı mütəxəssisləri proqrama cəlb etməyə müvəffəq olublar. Bu proses 2018-ci ildən başlayıb. Vaşinqton hesab edir ki, Pekin bu yolla ABŞ-ın əqli müıkiyyətini əldə etməyə çalışıb.
Avropada da Çinin yeni proqramından narahatlıq var. Çünki, Pekin ölkə şirkətlərinin qlobal rəqabətdə irəli çıxmaları üçün istehsalı həddindən artıq təşviq edir və dünya ölkələrini ucuz mallarla doldurur. Misal üçün Çin hökumətinin ölkə avtomobil şirkətlərinə ayırdığı dövlət subsidiyaları hesabına elektrikli avtomobillərin qiyməti Qərbəki elektrik avtomobillərin qiymətlərindən xeyli ucuzdur.
Bunun nəticəsidir ki, Almaniyanın və dünyanın aparıcı avtomobil şirkətləri müəssisələrinin bir qismini qapatmaq və işçilərini ixtisar etmək qərarına gəlib. Bu səbəbdən ABŞ və Avropa Çinin 2025-ci ildəki ticarət siyasətini qlobal təhlükə kimi qəbul ediblər.
“Atlas” Araşdırmalar Mərkəzi

Şərhlər
Elektrik avtomobilləri çox keyfiyyətsizdir və heç bir ustanın başı çıxmır. Ancaq avropa yaxud amerika istehsalı olanlara çatan olmaz
Keçən paylaşmalarımda da qeyd etmişdim ki, dünya istənilən alanda bir təcrübə meydanıdır. Əsas odur ki, inkişaf etməkdə olan ölkələr bunu izləyib, öz gələcək inkişafını o təcrübədən əldə etdikləri nüansların üzərində qurardı. Bu baxımdan da müasir dünyada bütün sahələr üzrə çox sürətlə inkişaf edən Çindən də çox şey öyrənmək olar. O Çin ki, Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan “Made in China 2025” yol xəritəsi tərtib edib. Bu proqram tam məxfilik şəraitində hazırlanıb və bu Proqramın əsas hədəfləri bunlardır: yeni nəsil informasiya texnologiyaları və telekommunikasiya sahəsini, qabaqcıl robototexnikanı, süni intellekti, aerokosmik mühəndisliyi, yeni sintetik materialları, qabaqcıl elektrik avadanlıqları, biotibbi, yüksək səviyyəli dəmir yolu infrastrukturunu və yüksək texnologiyalı dəniz mühəndisliyini inkişaf etdirmə. Çinin dövlət şirkətləri yüksək maaşla Qərbdəki alimləri və aparıcı mütəxəssisləri proqrama cəlb etməyə müvəffəq olublar. Ona görə də yaxşı olardı ki, Azərbaycan Höküməti də öz 2025-ci il hədəflərində inkişaf üçün, yuxarıda sadlanan sahələrə diqqti artırardı. Yox ki, elm müəssisələrinə gələcəkdə əksəriyyət lazım olmayan ixtisaslar da daxil olmaqla 65 min tələbənin qəbulu ilə öyünərdi. Yaxşı ki, ölkədə bunca taleyüklü məsələlərin olmasına rəğmən, Ölkə Başçısı bütün bu məsələlərdə diqqətcildir və farkındadır.
A.Leninin Cəmiyyət İqtisadisini Strateji Ehtiyac-ehtiyatlarla Stalin 1965ci ilə qədər təmin etdi!!! B.Sonrakı Kreml və (Mao) Çin lideri heç bir İqtisadi yön seçə bilmədilər? C.Sonrakı (Den Syao Pin) Çin, Kreml fərqli *qərb*lə sərt-şərtlə deyil, qarşılıqlı inteqrasiya təmaslarına çalışır!