Türkiyə, "Mavi Vatan 2025" təlimini 87 gəmi, 7 sualtı qayıq, 31 təyyarə və yerli-milli sistemlərlə 20 min nəfər heyətin iştirakı ilə Xəzər dənizi, Ege dənizi və Aralıq dənizində eyni anda keçirəcək.
Təlim Yunan mətbuatı tərəfindən narahat bir üslubla oxuculara təqdim edilib.
Böyük miqyaslı təlim, Türk Silahlı Qüvvələrinin dəniz əməliyyatlarındakı hazırlığını artırmağı, tapşırıq səmərəliliyini yüksəltməyi və koordinasiya bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Bu təlim Türkiyənin dənizlərdəki fəaliyyətini və əməliyyat qabiliyyətini eyni anda Xəzər dənizi, Ege dənizi və Aralıq dənizində test edəcək.
"AzPolitika" "milli.az"-a istinadən xəbər verir ki, Yunanıstan mətbuatı "Mavi Vatan 2025" təliminə geniş yer ayırıb.
"Ta Nea" qəzeti "100 döyüş gəmisi ilə Mavi Vatan" başlığını istifadə edərək Türkiyənin regional gücünü artırmasından bəhs edib. Təlimin vaxtı, Yunanıstan Baş Naziri Kiriakos Miçotakisin Ankaraya səfəri öncəsi diqqət çəkib.
"Kathimerini qəzeti", "Ankaradan 2025-ə "Mavi Vatan'" ilə başlayış" başlığını istifadə edərək Türkiyənin dənizlərdəki strateji hədəflərinə işarə edib.
Təlimdə Türk Dəniz Qüvvələrinin inventarına yeni daxil olan yerli və milli silah sistemləri, sursatlar və pilotsuz sualtı vasitələr istifadə olunacaq. Bu texnologiya, təlimin həm müdafiə sənayesi baxımından, həm də milli təhlükəsizlik siyasətləri baxımından kritik əhəmiyyət daşımasını təmin edir.
Dəniz Qüvvələrindən əlavə, Quru və Hava Qüvvələri ilə Sahil Təhlükəsizlik Komandanlığının da qatılacağı təlim Türkiyənin üç dənizdə eyni anda əməliyyat təşkil etmə qabiliyyətini göstərir. "Mavi Vatan 2025" Türkiyənin dənizlərdəki fəaliyyətini artırma strategiyasının ən önəmli addımlarından biri kimi görülür.

Şərhlər
Turkiyeni dile-agiza salmayin, onsuzda dushmenleri coxdur ....siyasetde Turkiyeye mane olmayin ve yerinizi bilin!
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Bakı şəhərində imzalanmış 2010-cu il 21 dekabr tarixli Mövcud müqavilənin 2-ci maddəsinə əsasən Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəlmişlər. Bu yardımın formasının və həcminin təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacağı nəzərdə tutulmuşdur. Tərəflər bu Müqavilənin 2-ci maddəsini rəhbər tutaraq, bir-birinə qarşılıqlı yardımın təmin edilməsi üçün səylərin birləşdirilməsi və razılaşdırılmış tədbirlərin icrası məqsədi ilə müdafiə və hərbi-texniki sahədə siyasətlərinin həyata keçirilməsində və silahlı qüvvələri arasındakı əlaqələrin daha da gücləndirilməsində sıx əməkdaşlıq edəcəklərini qarşılarına məqsəd kimi qoymuşlar. Nəticə olaraq Tərəflər bu Müqavilənin 2-ci maddəsində qeyd olunan müdafiə və qarşılıqlı yardımın həyata keçirilməsi çərçivəsində birgə hərbi əməliyyatlar aparılması məqsədi ilə hərbi infrastrukturlarının təkmilləşdirilməsi, silahlı qüvvələrin hərtərəfli hazırlığı, onların zəruri silahlarla və hərbi texnika ilə təmin edilməsi üçün bütün lazımi milli tədbirləri görə biləcəkləri Müqavilənin ana xəttini təşkil edir. Xəzər dənizinin bölgüsündə Azərbaycanın da payı var. Bizim heç bir dövlətə hücum məqsədimiz yoxdur. Odur ki, Türkiyə Cümhuriyyətinin Xəzər dənizində hər hansı əməliyyat keçirməsi onun qanuni hüququdur. Bu tədbirin keçirilməsi eyni zamanda “dostlarımıza”da bir mesaj xarakteri daşıyır. Türkiyə artıq bir real güc olaraq siyasi arenada mühüm rol oynayır və bu siyasət davamlı olacaqdır.

Rusiya və İranın Xəzərdəki özbaşınalıqlarinin qarşısıni yalnız Türkiyə ordusu, donanması ala bilər. Eşq olsun!