Menu

“Putin Sovet İttifaqının ərazilərinə nəzarəti bərpa etmək istəyir” - Zelenski

06.01.2025, 12:32
“Putin Sovet İttifaqının ərazilərinə nəzarəti bərpa etmək istəyir” - Zelenski

Vladimir Putinin əsas məqsədlərindən biri Ukraynanın müstəqil olmasının qarşısını almaq və onu zəiflətməkdir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib.

Zelenski əlavə edib ki, Putin açıq şəkildə Sovet İttifaqının bütün ərazilərinə nəzarəti bərpa etmək istəyir və bunu artıq yavaş-yavaş edir.

“Aİ və NATO-ya doğru irəliləyən Gürcüstan tamamilə Rusiyaya tərəf dönür. İndi isə Moldova parlamenti uğrunda mübarizə aparacaqlar. Bu prezidentlə nəsə edəcəklər, çünki o, avropapərəstdir. O bunu tərsinə çevirəcək”, - o vurğulayıb.

Eyni zamanda, Zelenski qeyd edib ki, Putinin bu iki məqsədi Avropada, keçmiş Sovet İttifaqı ərazisində genişmiqyaslı müharibəyə gətirib çıxaracaq.

Zelenski vurğulayıb ki, ABŞ NATO-dan çıxsa belə, bu müharibə Amerikaya təsir edəcək.

"Buna görə də düşünürəm ki, prezident Trampın Putini dayandırmaq və Ukraynaya güclü təhlükəsizlik zəmanətləri vermək üçün hər cür səlahiyyəti var", - Zelenski qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol